Qatıqla faydalı içkilər

Payız və qış fəsillərində soyuqdəymə və virus xəstəliklərinin sayı kəskin artır. Özünüzü bu xəstəliklərdən qorumaq istəyirsinizsə, ədviyyatlar əlavə olunmuş qatıq için. Nəzərə alın ki, təzə qatıq daha faydalıdır.

Qatıq bağırsaqların mikroflorasına çox müsbət təsir edir ki, bu immun sistemini möhkəmləndirir. Ədviyyatlar isə güclü mikrob və virus əleyhinə təsirə malikdir. Mütəxəssislər hər gün 1 stəkan müxtəlif ədviyyatlar əlavə olunmuş qatıq içməyi tövsiyə edirlər.
Davamı →

Banka və qapaqları necə sterilizə etmək lazımdır?

Ev şəraitində qışa müxtəlif mürəbbə, turşular, kompotlar və s. tədarük edəndə banka və qapaqların düzgün sterilizə edilməsi çox vacibdir. Bu ev konservlərinin uzun müddət ərzində qalmasını təmin edir. Banka və qapaqları sterilizə etmək üçün sizə 2 üsul təqdim edirik.

1. Qaynatmaqla
Bankaları və qapaqları qabyuyan vasitə ilə yaxşı yuyun və yaxalayın. Bankaları qapaqlarla birlikdə enli qazana yığın, üzərinə çıxana qədər su tökün, 10-15 dəqiqə qaynadın. Bankaları istifadə edənə qədər suda saxlayın.
Davamı →

Bal istehlakında 5 səhv

Bal olduqca faydalı və müalicəvi məhsuldur. Balın güclü iltihab, virus və mikrob əleyinə təsiri var. Lakin baldan fayda almaq üçün onu düzgün istehlak etmək lazımdır.

1. Balı acqarına yemək olmaz. Bu mədəni qıcıqlandırır, insulinin kəskin şəkildə qalxmasına səbəb olur.

2. Balı digər məhsullarla qarışdırmaq, sıyıq, kəsmik və s. qidalara əlavə etmək olmaz. Balı digər məhsullardan ayrı yemək lazımdır.

3. Balı qaşıqla deyil, suda həll edib qəbul etmək ən faydalı sayılır.

4. Gün ərzində çox bal yemək olmaz, 2-3 çay qaşığı kifayətdir.

5. Balı qızdırmaq, qaynar suya salmaq olmaz. Bu halda bal orqanizmə toksin kimi təsir edir.
Davamı →

Yatmazdan əvvəl kəsmik yeyin

Florida Universitetinin (ABŞ) alimləri təyin ediblər ki, yatmazdan əvvəl kəsmik yemək çox faydalıdır.

Alimlər müxtəlif yaşlarda olan bir qrup insanın iştirakı ilə eksperiment aparıblar. Eksperiment iştirakçılarına hər gün yatmazdan 30-60 dəqiqə əvvəl preslənmiş kəsmik yemək tapşırılıb.

4 həftədən sonra alimlər aşkar ediblər ki, eksperiment iştirakçıları bir neçə kilo arıqlayıb, onların əzələləri və sümükləri isə möhkəmlənib. 
Davamı →

Xardalın faydaları

Mütəxəssislər soyuq fəsillərdə daha çox xardal yeməyi tövsiyə edirlər. Xardalın tərkibində olan maddələr bəlğəmgətirici və iltihabəleyhinə təsirə malikdir.

Həmçinin xardal immun sisteminin fəaliyyətini stimullaşdırır. Məhz bu xüsusiyyətlərə görə xardal öskürək və soyuqdəymə xəstəlikləri zamanı çox faydalıdır.

Xardal beyin qan dövranını və beyinin fəaliyyətini yaxşılaşdırır. Metabolizmi aktivləşdirən xardal piylərin parçalanmasını sürətləndirir ki, bu da arıqlamağa kömək edir.
Davamı →

Gündə 10 min addımın 5 önəmli faydası

1. Diabeti gecikdirir
Gündə nizamlı olaraq atılan 10 min addım insulin müqavimətini sındırıb, diyabetin inkişaf riskini azaldır. İnsulin müqavimətinin sındırılması nəticəsində qanda şəkərin səviyyəsi nizamlanır və xüsusilə ailəvi diabet xəstəliyi olan şəxslərdə diabetin ortaya çıxmasını ləngidir.

2. Xərçəngə qarşı qoruyucudur
Gündə 10 min addım atmaq eyni zamanda xərçəngə tutulma riskini də azaldır. Məsələn bağırsaq hərəkətlərinin sürətlənməsi sayəsində bağırsaq xərçəngi riski azalarkən, arıqlama sayəsində də bir çox xərçəng növünün qarşısı alınır.
Davamı →

Morsun orqanizmə faydaları

Mors alkoholsuz, sərinləşdirici içkidir. Morsun tərkibi meyvə, şəkər və baldan ibarət olur. Morsun maksimun dadlı və ətirli olması üçün isə ona sitrus meyvəsinin şirəsi, darçın, mixək, ətirli bitkilər(nanə, ballınanə, şalfey, qaxotu və s.) əlavə olunur.

Mors qədim içkilərdən hesab olunur. Onu ən çox Rusiyada hazırlayıb və içiblər. Morsun tərkibində ən çox meşə giləmeyvələri moruq, böyrütkən, zirinc, quşüzümü və s. qatılıb. Meşə giləmeyvələrindən başqa mors, qırmızı çuğundur, yerkökü və balqabaqdan da hazırlanır.
Mors içkisini iri mağazalardan almaq və ya evdə hazırlamaq mümkündür.
Davamı →

Uzvar içkisinin faydaları

Uzvar quru meyvə, giləmeyvə və baldan hazırlanan alkoholsuz içkidir. Uzvar Ukraynanın milli içkisi hesab olunur. İçkinin adı onun hazırlanma texnologiyasına uyğun olaraq adlandırılmışdır. Bunun səbəbi isə ən çox Ukrayna bölgəsində yaşayanların bu içkidən istifadə etməsidir. Uzvarın hazırlanmasında qurudulmuş gavalı, ərik, alma, armud, albalı, kişmiş, zirinc, yemişan, böyrütkən, moruq, itburnu və s. meyvələrdən istifadə edilir. Onu hazırlamaq üçün istifadə edilən meyvə və ya giləmeyvələri quru halda satış məntəqələrindən almaq mümkündür. Uzvarun hazırlanması zamanı istifadə edilən məhsullar təmizləndikdən sonra onu dəmləmək və ya qaynatmaqla içki əldə etmək mümkündür.

Ən dadlı uzvar isə dəmləmə yolu ilə əldə ediləndir. Bu içki ukraynalıların süfrəsini bayram günlərində bəzəyən 12 qidadan biridir. Bu ölkənin adamları yeni ili uzvarla qarşılamağı xoşlayırlar. Qərbi Ukraynada isə uşağın dünyaya gəlişini uzvarla qeyd edirlər. Onlar dünyaya gəlişi uzvarla qeyd edilən uşağın böyüyəndə xoşbəxt olacağına inanırlar. Ən klassik uzvar aşağıdakı qaydada hazırlanır:
Davamı →

Dəniz suyunun müalicə etdiyi 8 xəstəlik

Fransalı bioloq Rene Kenton sübut edib ki, dəniz suyu tərkibinə görə qanın plazmasına (qanın ağ hissəsi) oxşayır.

Dərinin məsamələrindən orqanizmə daxil olaraq dəniz suyu hüceyrələrin yenilənməsi proseslərini sürətləndirir, orqanizmi vacib minerallarla (kalium, kalsium, yod, kükürd, brom və s.) zənginləşdirir. Dəniz suyu bir çox xəstəliklər zamanı faydalıdır.

— Nəfəsalma sistemi xəstəlikləri (bronxit, haymorit, xroniki rinit). Dəniz suyu iltihabəleyhinə xüsusiyyətlərə malikdir.
Davamı →